Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın qiymət artımına etiraz əlaməti olaraq mitinq keçirmək üçün etdiyi müraciətə müsbət cavab verib. Milli Şuranın Mitinq Komitəsindən verilən məlumata görə, mitinq dekabrın 15-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda mitinq keçiriləcək. Həmin gün saat 16.00-dan 18.00-dək davam edəcək aksiyada "Qiymətlər endirilsin!", "Bahalaşmaya son!" şüarları səsləndiriləcək.
Modern.az