Modern.az

Sabiq nazir məhkəmədə təqsirini BOYNUNA ALDI

Sabiq nazir məhkəmədə təqsirini BOYNUNA ALDI

Dünya

3 Oktyabr 2024, 16:48

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının keçmiş nəqliyyat və yollar naziri Aleksandr Klebanov rüşvətxorluqla bağlı cinayət işi üzrə məhkəmədə təqsirini tam etiraf edib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş nazir məhkəməyə qədər əməkdaşlıq müqaviləsi bağlayıb və “cinayətin başqa şəxs tərəfindən törədilməsinə” dair ifadə verib.

 

Aleksandr Klebanov xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

 

Nazir mayın əvvəlində saxlanılıb, bundan sonra tutduğu vəzifədən azad edilib. Əvvəlcə Ufanın Sovet Rayon Məhkəməsi Klebanovu həbs edib, sonra isə ev dustaqlığına keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!