"Heydər Əliyev ürək xəstəliyini 1987-ci ildə Moskvada - Qorbaçovdan könüllü təqaüdə getmək haqqında ərizə yazmaq göstərişini alanda qazanmışdı. Bu göstərişdən bir gün sonra o infarkt diaqnozu ilə Moskva Mərkəzi Klinik xəstəxanasına yerləşdirilir. Və nə az nə çox, düz üç ay bu xəstəxanada müalicə olunur".
Modern.az saytı "ANSPress"əistinadən xəbər verir ki, 1982-1988-ci illərdə Heydər Əliyevin şəxsi mühafizəsinin rəisi olmuş Aleksandır İvanov o günləri belə xatırlayır:
“Səhiyyə Nazirliyinin 4-cü həkim briqadası gəldi. Onu inandırmağa çalışırdılar ki, mütləq xəstəxanada yatmaq lazımdır. Heydər Əliyev nəsə tərəddüd edirdi. Amma eşidəndə ki, həkimlər xərək gətirmək haqda danışırlar, o ayağa qalxdı, ayaqqabılarını geyindi və liftlə aşağı düşdü".