Modern.az

Əhməd Davutoğlu Edvard Nalbandyanla nədən danışıb?

Əhməd Davutoğlu Edvard Nalbandyanla nədən danışıb?

13 Dekabr 2013, 01:33

Ahmet Davutoglu, Edvard Nalbandyan

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının  29-cu sessiyasında iştirak edib.

Davudoğlu Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla da görüşüb. Ermənistan Xarici İşlər Nazirliyi mətbuat xidməti bir saatdan çox davam edən görüş haqqında rəsmi məlumat yayıb:

“Türkiyə xarici işlər naziri ilə görüş zamanı Edvard Nalbandyan Ermənistanın Türkiyə ilə münasibətlərinin qeyd-şərtsiz tənzimlənməsinə dair prinsipial mövqeyini bir daha təsdiqləyib. Nazirlər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının gələcək fəaliyyəti və proqramları məsələlərinə toxunublar”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı