Modern.az

Məşhur jurnalist Davudoğlunu İttiham etdi

Məşhur jurnalist Davudoğlunu İttiham etdi

13 Dekabr 2013, 11:02


Karnegi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramı üzrə eksperti, məşhur Britaniyalı jurnalist Tomas De Vaal Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfərini şərh edib.
Modern.az-ın məlumatına görə “Yerevanda xoşagəlməz hala düşərək” başlıqlı məqaləsində ekspert bildirib ki, əvvəllər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantıları, diplomatik əlaqələri olmayan və sərhədləri qapalı dövlətlər  üçün müzakirə aparılacaq forum idi.

“Lakin son zamanlarda bu versiya artıq qüvvədən düşüb. 2009-cu ildə imzalanan “Sürix protokolları” Ermənistan və Türkiyə xarici işlər nazirləri tərəfindən imzalansa da, sözügedən dövlətlərin parlamentlərə bunu ratifikasiya etməyiblər. Bu prosesin yubanmasında əsas təqsirkar isə Türkiyədir”-deyə T.Vaal qeyd edib.

Onun sözlərinə görə Türkiyə xarici siyasət idarəsinin rəhbərinin Ermənistana səfər dəvətini qəbul etməsi xoşagəlməz mənzərə yaratdığından Yerevanda etirazla qarşılandı. O vurğulayıb ki, əgər Ə. Davudoğlu bu dəvəti rədd etsə idi, bu soyuq davranışı görməzdi. Türkiyə-Ermənistan sərhədlərinin açılması perspektivindən söz açan fond üzvü yazıb ki, bunun üçün ən uyğun zaman 2009-cu il idi.

“O zaman Türkiyənin keçmiş xarici işlər naziri Əli Babacan Yerevana səfər edərkən iki ölkə arasında əlaqələr qurulması üçün şərait yaranmışdı. Davudoğlu ABŞ-da qaldırdığı Qarabağ iddialarını Yerevanda da irəli sürərsə, təbii ki, dost qazanmayacaq. Türkiyə Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla ikitərəfli əlaqələr qura bilməz”-deyə Qarabağ münaqişəsi üzrə ekspert bildirib.

   Qeyd edək ki, dekabrın 12-də Yerevanda keçirilən  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə dəvət olunan Ə. Davudoğlunun Ermənistana gəlişini ermənilər etirazla qarşılayıb.  

Aqşin Kərimov  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı