Modern.az

Pərviz Həşimlinin məhkəməsi başladı

Pərviz Həşimlinin məhkəməsi başladı

13 Dekabr 2013, 11:19

Bu gün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunmuş jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin məhkəməsi başlayıb. 

Müsavat.com-un məhkəmdən verdiyi xəbərə görə, qolubağlı halda maskalı şəxslər tərəfindən məhkəməyə gətirilən Pərviz Həşimli jurnalistləri görər-görməz qışqırıb: "Mənə işgəncə verirlər!".
Bundan sonra MTN işçiləri onu dərhal məhkəmə binasna salıblar.
 
Qeyd edək ki, P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
 
P.Həşimli iddiaları qəbul etmir. Jurnalist özü və yaxınları bu həbsin siyasi motivli olduğunu bildirir.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı