Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu dekabrın 12-də Yerevana səfəri zamanı onu müşayiət edən jurnalistlər arasında erməni mənşəli jurnalistlər də olub. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, həmin jurnalistlər “Aqos” qəzetinin ümumi nəşr rəhbəri Rober Koptaş və “Yeni Şəfəq” qəzetinin yazarı Markar Esayandır. Heyətdəki digər sürpriz isim Konyada doğulan və hazırda Fransa vətəndaşı olan Samson Özararat olub. 1985-ci ildəki hərbi çevrilişdən sonra türk vətəndaşlığından çıxarılan Özararat Alparslan Türkeş, Süleyman Dəmirəldən bu yana qədər Türkiyə, Azərbaycan və Ermənistan arasındakı görüşlərdə iştirak edir.
Modern.az