Modern.az

Onlar da Rusiya bazarını tərk etdi

Onlar da Rusiya bazarını tərk etdi

Dünya

4 Oktyabr 2024, 15:38

Avstriyanın "Uniqa" sığorta şirkəti və "Raiffeisen Bank International" (RBI) paylarını sataraq Rusiyanı tərk ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Uniqa"nın mətbuat xidmətinin açıqlamasında deyilir.

 

Tərəflər əməliyyatın məbləğini açıqlamamağa razılaşıblar.

 

2023-cü ilin mart ayında Avropa Mərkəzi Bankı RBI-dan Rusiyadakı biznesini bağlamağı xahiş edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək