Modern.az

Qazaxıstan-Türkmənistan Hökumətlərarası Komissiyasının 13-cü İCLASI

Qazaxıstan-Türkmənistan Hökumətlərarası Komissiyasının 13-cü İCLASI

Dünya

4 Oktyabr 2024, 15:50

Aşqabad şəhərində Qazaxıstan-Türkmənistan iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.

 

Modern.az xəbər verir ki, “Kazinform”un məlumatına görə, Qazaxıstan hökumətinin mətbuat xidməti bu barədə Türkmənistan Nazirlər Kabinetinin sədri Batır Atdayevə istinadən bildirib.

 

Tərəflərin nümayəndələri komissiyanın 2023-cü ilin mayında Astanada keçirilmiş əvvəlki iclasında müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Ticarət-iqtisadi əməkdaşlığın, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat və logistika, maliyyə, təhsil və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyətin inkişaf perspektivlərinə də diqqət yetirilib. İki ölkə arasında neft-qaz sektorunda yaxınlaşma və regionlararası əməkdaşlıq məsələləri xüsusilə vurğulanıb.

 

"Tərəflər qəbul edilmiş qərarların qarşılıqlı fəaliyyətin bütün sahələrində ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə və dərinləşməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər", - məlumatda deyilir.

 

Bildirilir ki, görüşün yekunlarına dair müvafiq protokol imzalanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək