Modern.az

Kafedə baş verən mübahisə qanla bitdi

Kafedə baş verən mübahisə qanla bitdi

4 Oktyabr 2024, 15:30

Şəkidə bıçaqlanma olub.

Modern.az xəbər verir ki, oktyabrın 3-ü saat 20 radələrində Şəki şəhərində yerləşən kafelərin birində 43 yaşlı Əli Məmmədov aralarında yaranan mübahisə zəminində Yafət Məmmədova kəsici alətlə xəsarət yetirib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törətməkdə şühəli bilinən Ə.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI