
Srağagün axşam saatlarından başlayan güclü qar yağıntısı Lerik rayonunda bir sıra problemlər yaradıb. Yerli sakinlərin
Modern.az-a verdiyi məlumata görə, yağan qarın qalınlığı rayon mərkəzində 30-40 sm, ucqar ərazilərdə isə 60-70 sm təşkil edir. Nəticədə rayonun (Vistən, Birkandül, Vizəzəmin, Rəzəvul, Nüvədi və s.) 20-yə yaxın yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.
Güclü qar həmçinin nəqliyyatın hərəkətini də iflic vəziyyətə salıb. Belə ki, rayon mərkəzi ilə bir neçə yaşayış məntəqəsi arasında əlaqə kəsilib. Lənkəran – Lerik şose yolunda da maşınların hərəkətində problemlər var.
Modern.az