Modern.az

"Starbucks" işçilərin əmək hüquqlarını pozub

"Starbucks" işçilərin əmək hüquqlarını pozub

4 Oktyabr 2024, 16:54

ABŞ Milli Əmək Münasibətləri Şurası (NLRB) "Starbucks" qəhvə şəbəkəsinin rəhbərliyini və onun keçmiş baş direktoru Hovard Şultzu şirkət işçiləri ilə münaqişə zamanı ABŞ federal əmək qanunlarını pozmaqda təqsirli edib.

 

Modern.az xəbər verir ki, CNN-in məlumatına görə, "Starbucks" işçiləri maaşdan, iş şəraitindən və həmkarlar ittifaqının fəaliyyətlərində iştirak etmək istəyən işçilər üçün rəhbərliyin yaratdığı daimi maneələrdən narazı idilər.

 

İşçilərlə rəhbərlik görüşlərinin birində baristalardan biri rəhbərliyə həmkarlar ittifaqına bu qədər fəal qarşı çıxmasının səbəbini soruşduqda top-menecer ona kəskin cavab verib: "Əgər Starbucks-da işləməyi xoşlamırsınızsa, başqa şirkətdə işə gedə bilərsiniz!”

 

Uzun sürən araşdırmalardan sonra NLRB top-menecerin bu davranışını işçiyə qarşı hədələyici və nalayiq hesab edib ki, bu da əmək qanunlarının pozulmasıdır.

 

"Starbucks" artıq əmək münasibətləri şurasının qərarına cavab verib və bununla razılaşmadığını və bütün hüquqi vasitələrlə onun nəzərdən keçirilməsinə çalışacağını bildirib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək