Modern.az

Müsavatın Divan üzvü: “Milli Şuradan çıxmaq məsələmiz aktualdır”

Müsavatın Divan üzvü: “Milli Şuradan çıxmaq məsələmiz aktualdır”

13 Dekabr 2013, 12:09

“Müsavatın siyasi partiya və təşkilatlarla apardığı müzakirələrdə təkcə Milli Şurada baş verənlər yox, ikitərəfli əməkdaşlıq müzakirə ediləcək”.

Bunu Modern.az saytına Milli Şuranın və Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib. O, danışıqların bütün istiqamətlər üzrə fiaskoya uğrayacağını düşünmür: “Hər halda bizim Milli Şuradan gözləntilərimiz doğrulmasa, qurumdan çıxmaq məsələmiz aktualdır. Yəqin ki, bu istiqamətdə qərar veriləcək. Bunu Müsavat başqanı İsa Qəmbər də deyib. Söhbət təkcə fəxri sədrlik məsələsindən getmir. Burada başqa nüanslar da var. Düzdür, mətbuat daha çox fəxri sədrlik məsələsinə diqqət ayırır. Bilirsiz ki, Milli Şura böyük bir koalisiyadır, orada Müsavat kimi nüfuzlu partiyalar cəmləşib. Hər bir partiyanın siyasi strategiyası, hədəfləri var. Müzakirələrdə bu məsələlər də diqqət mərkəzində olacaq”.

T.Abbaslı Milli Şuranın bəzi üzvlərinin dedikləri “Fəxri sədrlik məsələsi müzakirə mövzusu deyil” fikrinə də münasibət bildirib: “Fəxri sədrlik məsələsi müzakirə mövzusu deyilsə, bizim partiyanın da mövqeyi birmənalıdır. Siyasi cəhətdən formalaşmamış bir insanın sədrliyi altında koalisiyada bundan artıq fəaliyyət göstərə bilmərik. Müsavat kimi nüfuzlu partiyanın Moskvada oturub, biri-birini təkzib edən bəyanatlar verən bir şəxsin rəhbərliyi altında fəaliyyət göstərməsi doğru deyil”.

İlkin

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı