Modern.az

Sabah Seyd Cəfər Pişəvərinin məzarı ziyarət olunacaq

Sabah Seyd Cəfər Pişəvərinin məzarı ziyarət olunacaq

13 Dekabr 2013, 12:12


Bu həftə 1945-ci ildə Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli Hökümətin qurulmasından 68-il ötür.

Bu möhtəşəm tarixdən uzun illər keçməsinə baxmayaraq, Güney Azərbaycan türkləri bir il müdətində fəaliyyət göstərmiş milli hökümətin xidmətlərini bu günə qədər yüksək qimətləndirirlər. Bu tarixi hadisə ilə bağlı, Milli Dirçəliş Hərəkatı partiyası Güney Azərbaycan Departamentinin təşəbüsü ilə, 14.12.2013-ci il tarixində saat 12:00-da Fəxri Xiyabanda Seyid Cəfər Pişəvərinin məzarını ziyarət tədbiri keçiriləcək. Ziyarətdə MDHP rəhbərliyilə yanaşı, millət vəkilləri, ictimayi-siyasi təşkilatların nümayəndələri, tələbələr və media nümayəndələri iştirak edəcək. Ziyarət tədbirində iştirak sərbəsdir.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı