UEFA prezidenti Mişel Platini Çempionlar Liqasında “Yuventus”u məğlub edən “Qalatasaray”ı təbrik etdi. Modern.az-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, UEFA İcraiyyə Heyəti konfransı üçün İspaniyanın Bilbao şəhərinə gələn M. Platini italyan klubunu məğlub edən “Cim Bom”u təntənəli şəkildə təbrik edib.
Futbolçu karyerasının ən parlaq günlərini “Qoca Senyora”da keçirən Platini nəhəng oyunla əlaqədar olan sual qarşısında, bir az da kədərlənərək: “Qalatasaray”ı təbrik edirəm. Başqa bir sözüm yox”, – deyib.
Rafiq Qənbərov