Modern.az

Baş nazir “Azərenerji”-nin Prezidentinə şiddətli töhmət verdi

Baş nazir “Azərenerji”-nin Prezidentinə şiddətli töhmət verdi

Ölkə

5 Oktyabr 2024, 14:14

“Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi