Modern.az

Piyadanı maşın vurub öldürdü

Piyadanı maşın vurub öldürdü

Hadisə

5 Oktyabr 2024, 18:39

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Təzə Şilyan kəndindən keçən hissəsində qeydə alınıb.

 

"Mercedes" markalı minik maşını Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Göyçay rayonunun Alpoud kənd sakini Elçin Azər oğlu İsmayılovu vurub.

 

Ağır bədən xəsarətləri alan yaralı hadisə yerində ölüb.

 

Fakt araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi