Modern.az

Ukraynanın müttəfiqləri Almaniyada TOPLAŞIR

Ukraynanın müttəfiqləri Almaniyada TOPLAŞIR

5 Oktyabr 2024, 21:53

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Ramşteyn aviabazasında Kiyevə hərbi dəstəyi müzakirə etmək üçün beynəlxalq görüşdə iştirak etməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında məlumat yayıb.

 

“Oktyabrın 12-də Ramstein üçün hazırlaşırıq. Bu, 25-ci, lakin liderlər səviyyəsində ilk görüş olacaq", - Zelenski qeyd edib.

 

O deyib ki, Qələbə Planını, aydın, konkret addımları müttəfiqlərə təqdim edəcək.

 

"Tərəfdaşların qətiyyəti və Ukraynanın güclənməsi Rusiyanın təcavüzünü dayandıra bilər”, - deyə Zelenski yazıb.

 

Ukraynanın 50-dən çox müttəfiqinin, o cümlədən ABŞ prezidenti Co Baydenin Frankfurt yaxınlığındakı Ramşteynə toplaşacağı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək