Kiyevin Avropa meydanındakı mətbəx böyüklüyü ilə hər kəsi heyrətləndirir: ölkənin hər tərəfindən gələn onlarla könüllü burada mitinq keçirənlərə yemək hazırlayır.
Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, burada hətta keşişlərə də rast gəlmək olar. Kiyevdəki Həmkarlar İttifaqı Evində Avropa meydanı üçün “səhra” mətbəxi qurulub. Müxtəlif peşə sahibləri az müddətdə peşəkar aşbazlara çevriliblər. Mətbəxdə 70-ə qədər adam çalışır, ora hər gün ərzaq gətirilir. Bunların içində çörək, kolbasa, tərəvəz və meyvə, su, çay və kofe, hətta konservləşdirilmiş ərzaq da var.