Modern.az

Nazir rektorlara TAPŞIRIQ verdi: “Payız imtahanlarına görə məsuliyyət daşıyırlar”

Nazir rektorlara TAPŞIRIQ verdi: “Payız imtahanlarına görə məsuliyyət daşıyırlar”

13 Dekabr 2013, 13:37

Təhsil naziri Mikayıl Cabbarov ali və orta ixtisas təhsili müəssisələrində 2013/2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyası ilə əlaqədar əmr imzalayıb.
Təhsil Nazirliyindən Modern.az saytına verilən məlumata görə, əmrin verilməsində məqsəd payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdir.

Nazir ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırıb ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməli, rəhbəri olduqları təhsil ocaqlarında imtahan qərargahı yaratmalı, daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etməlidirlər.

Bundan başqa rektorlar imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratmalı, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görməlidirlər.

“Nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar”-deyə nazirin əmrində qeyd edilib.

Eyni zamanda bildirlib ki, rektorlar imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.

Mikayıl Cabbarov nazir müşavirləri İ.Pirməmmədov və E.Hüseynova, Aparat rəhbərinin müavini M.Eynullayevə, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri G.Hüseynovaya və Daxili nəzarət şöbəsinin müdiri K.Quliyev də müvafiq tapşırıqlar veribş
Belə ki, onlar imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırmalı və günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlamalıdırlar.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı