Modern.az

Xəstəlikləri idarə etməyə kömək edən müalicə metodları - Müsahibə

Xəstəlikləri idarə etməyə kömək edən müalicə metodları - Müsahibə

7 Oktyabr 2024, 10:08

Yayın canlı rəngləri payızın isti çalarlarına keçərkən, bir çoxumuz daha soyuq temperaturları, isti geyimləri və yeni ili səbirsizliklə gözləyirik. Bununla belə, payız mövsümü özü ilə bərabər sağlamlıq problemləri də gətirir.

 

İl boyu sağlam qalmağın vacibliyini başa düşürük. Buna görə də payız dövründə artan xəstəlikləri idarə etməyə kömək edən müalicə metodlarına üz tuturuq.

 

Bəs, xüsusilə son zamanlar aktual müalicə metodu hesab edilən və dünyada illərdi istifadə olunmasına baxmayaraq Azərbaycanda yeni olan İV terappiyalar adı ilə vurulan müxtəlif sistemlər həqiqətəndə effektivdirmi?

 

Bu mövzü ilə bağlı “Referans Wellbeing Center”in baş həkimi Dr. Ülya Quliyeva ilə söhbətləşdik.

 

Modern.az həmin müsahibəni təqdim edir:

 

Doktor əvəl ondan başlayaq ki, İV Terapiya nədir?

Funksional (inteqrativ) təbabətin bir qolu hesab edilən İV terapiya damcı üsulu ilə bədənə yeridilən müxtəlif tərkibli kokteyllərdir. Onlar orqanizmin tonusunu qaldırır, cavanlığını qoruyur və ziyanlı maddələri çıxararaq detoks təsiri göstərirlər. 

İV terapiya kursu neçe sistemdən ibarət olur və bizə təsirin necə dəyərləndirə bilirik?

İV-terapiya kursu individual təyin edilin həkim müayinəsi sonrası və təxminən 6-10 seas arası terapiyalar təyin olunur kurs daxilində. Müalicə kursu başa vurandan sonra, Siz gücünüzün artdığını, əhval-ruhiyyənizin yaxşılaşdığını və iş qabiliyyətinizin yüksəldiyini hiss edəcəksiniz. Orqanizminiz bütün lazımi maddələri alaraq, saat kimi işləyəcək, vitamin balansı isə bərpa olunacaq - Sizin enerjiniz artacaq.

Bəs, adi vitamin qəbulundan bunun üstünlüyü nədir?

IV terapiyanın oral (ağızdan qəbul edilən dərmanlar) terapiya üzərində əsas üstünlüyü ondan ibarətdir ki, vitamin və minerallar həzm traktından yan keçərək tamamilə udulur, daha yüksək konsentrasiyalar və daha çox müalicəvi fayda təmin edir. Vitaminlər oral olaraq qəbul edildikdə, hətta düzgün işləyən həzm sistemi ilə belə, yalnız 30-50% ən yaxşı şəkildə sorulur, IV terapiya isə damardaxili olduğu üçün 100% udma təmin edir.

Kimlərə İV terapiyalar təyin olunur?

Bir çox xəstəliklərdə biz bundan istifadə edirik, amma ən çox istifadə sahəsi dəmirçatışmazlığı, immun issteminin gücləndirilməsi, saç və dırnaq, dəri sağlamlığının bərpası ilə yaşlanmaəleyhinə təsir, müxtəlif endokrinoloji xəstəliklər əsasəndə şəkər və tiroid, müxtəlif ginekoloji pozğunluqlardır.

Bəs İV terapiya ilə İV lazerin fərqi nədir?

İntravenoz lazer terapiya, lazer enerjisinin birbaşa qan dövranına tətbiqi prosesidir. bu müasir terapiya metodu, bir çox sağlamlıq problemlərinin müalicəsində effektivdir. Lazer terapiyası ağrıları aradan qaldırır və iltihabı azaldır, eyni zamanda toxumaların bərpasına kömək edir. Yəni İV lazer ilə siz sağlamlığınızı hüceyrə səviyyəsində bərpa edəcəksiniz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi