MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli Almaniya və Fransada işgüzar səfərdə olub.
Modern.az xəbər verir ki, səfər zamanı Rəşad Cabirli və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyari MÜSİAD Ştutqard və MÜSİAD Strazburq şöbələrini ziyarət edib.
Görüş zamanı Azərbaycandakı investisiya imkanları, münbit ticari-iqtisadi mühit haqında məlumat verilib, "Azerbaycana gelmek için #101Neden" başlıqlı təqdimat paylaşılıb.
Görüş zamanı yaxın gələcəkdə MÜSİAD Ştutqard və MÜSİAD Strazburq şöbələrinin Azərbaycana işgüzar səfər etməsi planlaşdırılıb.
Sonda MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, qonaqpərvərliklərinə və dəstəklərinə görə MÜSİAD Ştutqard İdarə Heyətinin sədri Duran Toka, MÜSİAD Strazburq İdarə Heyətinin sədri Yücel Akyüzə və üzvlərə təşəkkürünü bildirib.