Modern.az

MDB ölkələrinin XİN başçıları sənədləri təsdiqlədilər

MDB ölkələrinin XİN başçıları sənədləri təsdiqlədilər

7 Oktyabr 2024, 15:46

Müstəqil Dövlətlər Birliyi (MDB)  Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən iclasında 2025-ci il üçün beynəlxalq məsləhətləşmələr planını təsdiqlənib.

Modern.az “Ria Novosti”yə sitinadən xəbər verir ki, XİN rəhbərləri Dövlət Başçıları Şurasının qarşıdan gələn iclasında təsdiq üçün təqdim olunacaq bir sıra sənədləri təsdiqləyiblər.

Beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi zamanı nazirlər MDB formatında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə ediblər.

Nazirlər Şurasının bugünkü iclasında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistanın nümayəndələri iştirak ediblər.

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2025-ci il aprelin 11-də Qazaxıstanda keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi