Modern.az

49 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib

49 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib

7 Oktyabr 2024, 16:38

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2024-cü ilin 9 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 155,3 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin olunub. Ödənilən vəsaitin 85 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan ibarət olub.

Cari ilin yanvar-sentyabr aylarında 49 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlərlə həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi