“Bunu prezident deyibsə, bu o demək deyil ki, o düz deyib. Ailə məsələsinə heç kim müdaxilə edə bilməz. Bir uşaq istəyirəm, iki uşaq, ya beş uşaq istəyirəm, özüm bilərəm. Mən onun fikri ilə razılaşmıram. Ölkədə miqrantlar da olmalıdır. Həm də Rusiyaya sərbəst gəlib-getməlidir”.
Bunu Modern.az-a açıqlamasında Ailələrə Dayaq İctimai Birliyinin rəhbəri Mahizər Xəlilova deyib.
Xatırladaq ki, V. Putin Kremldəkı çıxışında Rusiyada əhali artımını təşviq etmək üçün 3 uşaqlı ailələrin olmasının vacibliyini vurğulayıb.
Rusiya prezidenti həm də miqrantların ölkəyə gəlməsinə nəzarətin artırılmasını təklif edib: “Dövlət bilməlidir ki, əcnəbi nə üçün və hansı müddətə gəlib. Vizasız gəlib uzun müddət ölkədə qalan əcnəbilərlə bağlı məsələni həll etmək lazımdır”.
V. Putinin fikrincə, qaydaları pozan əcnəbilərin Rusiyada qalmaq müddəti məhdudlaşdırılmalı, belələrinin Rusiyaya gəlməsi qadağan olunmalıdır.
Misranə Həsənzadə