Modern.az

Azərbaycan-Fransa İşçi Qrupu fəaliyyətini bərpa edəcək? - AÇIQLAMA

Azərbaycan-Fransa İşçi Qrupu fəaliyyətini bərpa edəcək? - AÇIQLAMA

Parlament

7 Oktyabr 2024, 21:50

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasda Parlamentlərarası İşçi Qrupları və tərkibləri müəyyən olunacaq.

 

Ötən il işini dayandıran Azərbaycan-Fransa Parlamentlərarası İşçi Qrupunun fəaliyyətinin bərpa edilib-edilməyəcəyi maraq doğurur.

 

Modern.az-a danışan Milli Məclisin deputatı, VI çağırış Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası İşçi Qrupunun üzvü olmuş Kamran Bayramov dostluq qrupunun fəaliyyətinin bərpa olunmayacağını bildirib:

 

"VI çağırışda Fransa-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun üzvüydüm. Fransanın həyata keçirdiyi siyasət, müxtəlif təxribatlar, regionda onun zərərli və sülhə zərbə endirən siyasəti ilə bağlı Azərbaycan cavab addımı kimi dostluq qrupunun fəaliyyətini dayandırdı. Sabahkı iclasda Parlamentlərarası dostluq qrupları məsələsi gündəmə çıxarılacaq. Fransa ailə Parlamentlərarası işçi qrupunun fəaliyyəti dayandırılıb. Qəti qərar olmadığına görə Parlamentlərarası işçi qrupunun ləğv olunduğunu deyə bilmərik. Amma dostluq qrupunun fəaliyyətinin bərpa olunacağını düşünmürəm".

 

Deputatın fikrincə, Azərbaycan-Fransa Parlamentlərarası İşçi Qrupu formalaşsa da, kağız üzərində qalacaq:

 

"Çünki Fransa öz çirkin niyyətlərinin baş tutması üçün əlindən gələni edir. Təbii ki, hazırda parlament səviyyəsində hər hansı əməkdaşlıqdan söhbət apara bilmərik. İşçi qrupunun fəaliyyət göstərəcəyini düşünmürəm. Çox güman ki, indi kağız üzərində olsa da, fəaliyyətsiz olacaq".

 

Xatırladaq ki, ötən ilin oktyabr ayında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu  Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər