Modern.az

Qərb Bakı-İrəvan danışıqlarına girmək istəyir

Qərb Bakı-İrəvan danışıqlarına girmək istəyir

8 Oktyabr 2024, 09:04

"Amerika Birləşmiş Ştatları və bir sıra Qərb ölkələri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işləmək prosesinə girməyə çalışırlar".

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələlərini şərh edərkən deyib.

“Bildiyiniz kimi, ABŞ və bir sıra digər Qərb ölkələri sülh müqaviləsi üzərində işləmək prosesinə girməyə çalışırlar. Amma münaqişə ilə bağlı bütün “qara işlər” Moskvada çözülürdü”.

Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, qərblilər öz hərəkətləri ilə danışıqlar prosesinə qoşulmaq və bununla da regional işlərə qarışmaq istəyirlər.

"Moskva Bakı ilə İrəvan arasında münaqişənin həllinin əsasını Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər olmasında görür. Biz ondan çıxış edirik ki, bütün bu mürəkkəb məsələlərin hərtərəfli həlli üçün əsas Azərbaycan, Ermənistan və Rusiya liderlərinin məlum üçtərəfli razılaşmalarının həyata keçirilməsidir”, - deyə Uşakov vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi