Modern.az

Azərbaycan neftinin qiyməti sürətlə artır

Azərbaycan neftinin qiyməti sürətlə artır

İqtisadiyyat

8 Oktyabr 2024, 09:12

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2 faizə qədər artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,44 ABŞ dolları, yaxud 1,76 % artaraq 82,91 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI