Modern.az

Müxalifət prezidentlə dialoqa razılaşdı

Müxalifət prezidentlə dialoqa razılaşdı

13 Dekabr 2013, 16:35

Ukrayna müxalifəti prezident Viktor Yanukoviçlə dialoqa hazırdır. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bunu bu gün “UDAR” Partiyasının lideri Vitali Kliçko bəyan edib. Onun sözlərinə görə, müxalifətçilər prezidentin də iştirakı ilə bu gün keçiriləcək “Ukraynanı birləşdirək!” adlı dəyirmi masaya qatılacaqlar. Kliçko deyib ki, tədbirə getməkdə əsas məqsədləri tələblərini prezidentə çatdırmaq və onun cavabını almaqdır.

Xatırladaq ki, dəyirmi masanın təşəbbüsçüsü Ukraynanın ilk prezidenti Leonid Kravçuk olub. Prezident Yanukoviç isə bundan əvvəl müxalifəti dialoqa dəvət etmişdi. Prezident Yanukoviç az öncə bəyan edib ki, Maydanda həbs olunanların hamısını bağışlamağa hazırdı..

***

Artıq Kievdə prezident Viktor Yanukoviç, baş nazir Mikola Azarov, müxalifət liderləri Vitali Kliçko, Arseni Yasenyuk, sabiq prezidentlər Leonid Kravçuk və Leonid Kuçma bir araya gəliblər. Onlar ölkədəki vəziyyətlə bağlı müzakirələr aparırlar.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı