Gürcüstanın baş naziri İrakli Kobaxidze hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının seçkiqabağı proqramını təqdim edib.
Modern.az xəbər verir ki, hökumətin növbəti 4 il üçün xarici siyasət planlarından danışan Kobaxidze ABŞ və Avropa İttifaqı ilə münasibətlərin bərpasını “ən mühüm milli problem” adlandırıb.
Baş nazir həmçinin NATO ilə münasibətlərin və Çinlə strateji tərəfdaşlığın dərinləşdirilməsini prioritet hesab edib.
O, həmçinin qonşu Ermənistan və Türkiyə ilə əlaqələrin dərinləşdirilməsini vacib sayıb.
Bundan əlavə, Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin Rusiya ilə “münaqişənin həllini” prioritet adlandırıb.
"Praqmatik siyasət və Rusiya ilə münaqişənin sülh yolu ilə həlli də ən mühüm prioritetlərdəndir", - Kobaxidze qeyd edib.