Modern.az

Polad Bülbüloğluna parlamentdə yeni vəzifə verilir

Polad Bülbüloğluna parlamentdə yeni vəzifə verilir

8 Oktyabr 2024, 10:12

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğluna parlamentdə yeni vəzifə verilir.


Modern.az-ın məlumatına görə, o, Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edəcək.


Polad Bülbüloğlunun namizədliyi parlamentin bu gün keçiriləcək plenar iclasında müzakirə ediləcək.
 

Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışıb. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputat seçilib.

 

Ötən çağırışda bu vəzifəni Nizami Səfərov tutub. O isə Azərbaycan - Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edəcək.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər