Modern.az

Yasamalda evdən 6 min manat oğurlandı

Yasamalda evdən 6 min manat oğurlandı

8 Oktyabr 2024, 10:24

Oktyabrın 5-də Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 6000 manat oğurlanması barədə polisə məlumat daxil olub. 

Modern.az xəbər verir ki, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı E.Əzizov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi