Azərbaycan vətəndaşlarının Livandan təxliyəsi ilə bağlı diplomatik nümayəndəliyə müraciət olmayıb.
Modern.az xəbər verir ki, bu barədə “Report”a Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, Türkiyə oktyabrın 9-da vətəndaşlarını Livandan təxliyə edəcək. Buna səbəb Yaxın Şərqdə gərginləşən vəziyyətdir.