Modern.az

Anar Məmmədxanovun xanımı ərinin mübahisəli mirasından danışdı

Anar Məmmədxanovun xanımı ərinin mübahisəli mirasından danışdı

13 Dekabr 2013, 17:51

“Anar Məmmədxanovla bağlı kitabın üzərində işləyirik”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin keçmiş deputatı, “Şən və Hazırcavablar Klubu”nun mərhum kapitanı Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova deyib. O, kitabın gələn il işıq üzü görəcəyini bildirib.

“Bu kitabın çapdan çıxması 2014-cü il üçün nəzərdə tutulub”.

Qeyd edək ki, kitaba mərhumun müxtəlif vaxtlarda dərc olunmuş yazıları daxil edilib.

İradə Məmmədxanova ərinin Qarabağla bağlı yaratdığı ilk saytın sonrakı taleyinə də aydınlıq gətirdi. “Elə “Day.az” da Anarın layihəsi idi. Bu adı Anar özü qoymuşdu. Lakin Anarın sağlığında həmin sayt əlindən çıxıb. Sonralar bilmirəm yaxşı səslənəcək, yoxsa pis, onu satıb. Daha doğrusu, Anarın nəzarətindən çoxdan çıxıb”.

“Parni iz Baku” Nəşriyyat Evinə gəlincə, İ, Məmmədxanova bununla bağlı bilgisinin olmadığını bildirib.
“Yalnız bir şeyi qeyd edə bilərəm ki, “Ultra production” var. Həmin şirkət indi də fəaliyyət göstərir. “Ultra production” indi də Məmmədxanovlar ailəsinə mənsubdur”.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı