Modern.az

Aşıq Ələsgər irsinə dövlət qayğısı

Aşıq Ələsgər irsinə dövlət qayğısı

8 Oktyabr 2024, 12:24

Respublikamızın ədəbi-mədəni həyatında bu günlərdə əsl bayram ovqatı yaşandı. 30 Sentyabr 2024-cü il tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı oldu.  Açılışda Azərbaycan Prezidenti İlham Əliyev  və oğlu Heydər Əliyev, ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri, Qərbi Azərbaycan İcmasının təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişdilər.Ədəbi ictimaiyyətə yaxşı məlumdur ki, Aşıq Ələsgər şəxsiyyəti, Aşıq Ələsgər irsi, yaradıcılığı həmişə Ulu Öndərin qayğısı ilə əhatə olunmuşdur. Belə ki, ilk dəfə Azərbaycanda dövlət səviyyəsində Aşıq Ələsgərin yubileyinin qeyd edilməsi Ulu Öndərin sayəsində mümkün olmuşdur. Aşıq Ələsgər irsinin tədqiqi, təbliği də Ulu Öndərin adı ilə bağlıdır.Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Aşıq Ələsgərin yubileyləri məhz ulu öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilib. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimi keçirilərkən əlamətdar hadisə baş verib. Azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb. Həmin büst 80-ci illərin sonunda soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılıb. Ulu öndər Heydər Əliyevin sərəncamına əsasən, 1997-ci ildə Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Bu, ulu öndər tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə verilən ən yüksək dəyərdir. Bu zəngin ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilib. Dövlət başçısının sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd edilib. Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə Aşıq Ələsgər adına Aşıq Məktəbi açılıb”.

Aşıq Ələsgəri ustadlar ustadı kimi səciyyələndirdi: “Ustad sənətkarın yaradıcılığındakı mükəmməlliyə və poetik gözəlliyə baxdığımız zaman belə qərara gəlirik ki, həqiqətən, onun sözü-sənəti Azərbaycan aşıq sənətinin pasportu olmağa layiqdir. Bu mənada Aşıq Ələsgər ustadnamələrindən tutmuş qoşmalarına, təcnislərinə qədər Azərbaycan dilinin, ruhunun təmsilçisidir. Ustadın yaradıcılığına diqqət yetirdikcə əsərlərinin hər misrasında aşıq sənətinin nizamnaməsini görürük”.

Dədə Ələsgər 1918-19-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğından sonra göyçəlilərlə birgə o da doğma kəndini tərk etmək məcburiyyətində qalıb, qaçqın düşüb. İki il Kəlbəcərin Yanşaq kəndində yaşayıb.
Aşıq Ələsgər bir də Ağkilsəyə Sovet hökuməti qurulandan sonra - 1921-ci ildə - ömrünün sonlarında qayıdıb.Ermənilər Ağkilsə kəndinin adını 1975-i ildə dəyişərək Azad qoyublar. 1988-ci ildə isə kənddə yaşayan bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyaraq Ağkilsədən qovub çıxarıblar.

1988-ci ildə baş verən məlum olaylardan sonra ermənilər Aşıq Ələsgərin Ağkilsə kəndindəki abidəsini dağıdıb, yerlə bir ediblər.

Azərbaycan və fars dillərini mükəmməl bilən, eləcə də Şərq klassiklərinin şeirlərini mütaliə edən  ustad sənətkar Aşıq Şəmşirin atası Ağdabanlı şair Qurban, dövrünün sənətkarları arasında böyük nüfuz sahibi idi. Xüsusilə Aşıq Ələsgər onun savadına, bilik və bacarığına yüksək qiymət verib. Bir-birlərinə yaxın dost olan bu el sənətkarları tez-tez görüşüblər. Görüş məclisləri çox zaman Ağdaban kəndindəki Təkarmudun dibindən çıxan bulağın üstündə olub. Sonralar bu “Qurban bulağı” məclisi kimi formalaşıb. Aşıq Şəmşirin ilk ustadları da məhz atası Aşıq Qurban və Aşıq Ələsgər olub. Aşıq Şəmşir sonradan onların yaratdığı “Qurban bulağı” ədəbi məclisinin gənc və fəal üzvünə çevrilib.

Aşıq sənətinə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Cənab Prezidentimizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

Dədə Ələsgər yaradıcılığının bütün istiqamətlərinin dərindən öyrənilməsi, ustad el sənətkarın yaradıcılıq sirlərinin, onun təcrübə və irsinin müasir sənətçilər tərəfindən mənimsənilməsi bütün türk dünyası üçün vacib və əhəmiyyətlidir.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi