Modern.az

Bu qalstuklu dəccal mənə böhtan atıb - Keşiş Paşinyanı məhkəməyə verdi

Bu qalstuklu dəccal mənə böhtan atıb - Keşiş Paşinyanı məhkəməyə verdi

8 Oktyabr 2024, 14:14

Ermənistanda etirazlara rəhbərlik edən “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan baş nazir Nikol Paşinyana qarşı iddia qaldırıb.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” yazıb.

Baqrat Qalstanyan Paşinyanın ona böhtan atdığını bildirib.

“Bu qalstuklu dəccal mənə böhtan atıb. Guya mən iyunun 12-də xüsusi olaraq təhlükəsizlik qüvvələrini dəbilqələrini çıxarmağa çağırmışam, sonra isə hərəkat iştirakçılarına onları daşla vurmağı əmr etmişəm. Bu böhtan və yalandır. Bu hiyləgər və qorxaq dəccal parlamentin tribunasından belə bir açıqlama verib. Biz indi Ermənistanda məhkəmə sisteminin işləyib-işləmədiyini yoxlayacağıq”.

Keşiş fakt kimi təqdim edilən böhtan xarakterli məlumatların ictimai təkzib olunmasını tələb edir.

İddia məhkəmə tərəfindən icraata qəbul edilib. İddia hakim Malvina Arutyunyanın adına təmin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi