Modern.az

Müxalifət lideri prezidenti ittiham etdi: “Siz hər şeyə görə məsuliyyət daşıyırsınız”

Müxalifət lideri prezidenti ittiham etdi: “Siz hər şeyə görə məsuliyyət daşıyırsınız”

13 Dekabr 2013, 18:10

Ukrayna prezident Viktor Yanukoviçin də iştirakı ilə bu dəqiqələrdə keçirilən dəyirmi masada müxalifəti “UDAR” Partiyasının lideri Vitali Kliçko, “Batkivşina” fraksiyasının lideri Arseni Yatsenyuk və “Azadlıq” Partiyasının lideri Oleq Tyaqnibok təmsil edir..

Dəyirmi masada çıxış edən “UDAR” Partiyasının lideri Vitali Kliçko etiraz aksiyalarına görə həbs olunanların azadlığa buraxılmasını, Avropa Meydanının dağıdılması əməliyyatında günhakar olanların cəzalandırılmasını və baş nazir Azarov da olmaqla hökumətin istefaya göndəriməsi tələbini irəli sürüb. Modern.az saytının Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, müxalifət liderinin başlıca tələbi növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi olub.

Azarov isə müxalifət nümayəndələrinə sual ünvanlayıb: “Niyə onlar açıq-aydın sərfəli olmayan Avropa Birliyi ilə assosiativ sazişə lobbiçilik edirsiziniz?”

Yatsenyuk da növbədənkənar seçkilərin keçirilməsi təklifini irəli sürür. Onun fikrincə, bu gün Ukraynada reallaşan ssenari onun hüdudlarından kənarda hazırlanıb: “Həmin ssenarini hazırlayan müəlliflər Ukraynanı müstəqil dövlət olmasını istəmirlər və ölkəni vətəndaş müharibəsinə sürükləyirlər”.

Kliçko isə əlavə edib ki, müxalifətdə hakimiyyətin güc tətbiqi ssenarisi hazırlaması haqda məlumat var. “UDAR”ın lideri prezident Viktor Yanukoviçə etirazçılara qarşı güc tətbiqinin dəhşətlə nəticələnəcəyi ilə bağlı xəbərdarlıq edib: “Biz güc variantı haqda xəbərdarıq. Əgər bu baş verərsə, həm ölkə, həm də şəxsən sizin üçün dəhşətli nəticəsi olacaq. Siz ölkədə baş verən və baş verə biləcək bütün proseslərə görə şəxsən məsuliyyət daşıyırsınız”. 

Qeyd edək ki, dialoqun təşkilatçısı Ukraynanın ilk prezidenti Leonid Kravçuk olub.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı