Modern.az

AXCP-dən Müsavata müttəfiqlik təklifi - İkitərəfli görüşün nəticəsi

AXCP-dən Müsavata müttəfiqlik təklifi - İkitərəfli görüşün nəticəsi

13 Dekabr 2013, 18:13


“Görüşdə partiyalararası münasibətlər, Milli Şura ilə bağlı məsələlər müzakirə olundu. Müsavat Partiyası tərəfindən AXCP-yə müttəfiqlik təklif olunub”.

Bunu Modern.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib. O, Müsavat Partiyası və AXCP funksionerlərinin görüşündən danışarkən qeyd edib ki, müttəfiqlik məsələsi zaman-zaman səsləndirilib: “Hələ AXCP iki il bundan öncə qurultayında Müsavat Partiyasına birləşməklə bağlı qərar qəbul etmişdi. Bu məsələ Müsavatın təklifinə uyğundur. Amma yenə də bu məsələlər müzakirə mövzusudur”.

F. Qəhrəmanlı görüşdə fəxri sədrlik məsələsi bağlı da müzakirələrin aparıldığını qeyd edib: “AXCP-nin mövqeyi bundan ibarətdir ki, bu məsələ ilə bağlı Milli Şura qərar qəbul edib. Bu, artıq geridə qalmış məsələdir. Hesab edirik ki, Rüstəm İbrahimbəyovun Milli Şurada fəxri sədr olması Müsavatın həmin qurumdan uzaqlaşmasına əsas ola bilməz. Xalq Cəbhəsi Müsavat Partiyasının Milli Şurada fəaliyyətinin davam etdirilməsində maraqlıdır. Müsavatın funksionerləri də öz mövqelərini bildirdilər. Qərara gəldilər ki, görüşdə müzakirə olunan məsələləri partiya Divanında müzakirəyə çıxarsınlar”.

İlkin PİRƏLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı