Azərbaycanın Qəbələ rayonunda silahlı insident olub.
Qəbələ rayon prokurorunun köməkçisi Elçin Sadıqov APA-ya bildirib ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb: “Odlu silahdan açılan atəş nəticəsində iki nəfər qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb. Ölənlərin və hadisəni törədən şəxslərin kimliyi dəqiqləşdirilir. Araşdırma başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, məlumata görə, öldürülənlərdən biri “Qəbələ” Ticarət Mərkəzinin sahibi Eldar adlı şəxsdir.
Modern.az