Modern.az

Paşinyanın bayrağımız qarşısında fotosu erməniləri dəli etdi - FOTO

Paşinyanın bayrağımız qarşısında fotosu erməniləri dəli etdi - FOTO

Dünya

9 Oktyabr 2024, 09:24

Oktyabrın 8-də keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasından yayılan Ermənistan Baş naziri Nikol Paşinyanın fotosu ermənilərin kəskin tənqidinə səbəb olub.

 

Modern.az-ın məlumatına görə, Paşinyanın Azərbaycan bayrağı qarşısında boynubükük formada durması ermənilər tərəfindən narazılıqla qarşılanıb.

 

Paşinyan hökumətinə yaxın teleqram kanalları Kremlin mətbuat katibi Dmitri Peskovun məsələyə aydınlıq gətirməsini tələb edib. Həmçinin, fotonun müəllifi olan "RIA Novosti" agentliyi də tənqidlərə tuş gəlib.

 

"Ölkəni təmsil edən qanuni seçilmiş lider vicdansız personajların əlində girov ola bilməz", - kanalların biri yazıb.

1386313

 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək