Modern.az

Xidmətə rəhbərlik müvəqqəti olaraq ona tapşırılıb

Xidmətə rəhbərlik müvəqqəti olaraq ona tapşırılıb

Ölkə

8 Oktyabr 2024, 17:36

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədrlik postu müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub.

Modern.az-ın məlumatına görə, indiyədək İdarə Heyətinin sədr müavini vəzifəsində olan T.Xəlilov hazırda qurumun sədri səlahiyyətlərini icra edir.

Qeyd ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov ötən ay vəfat edib.

63 yaşlı Köçərli Həsənov uzun illər “Azərsu” ASC-nin sədrinin müavini vəzifəsində çalışıb. Bu il isə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin olunub.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!