Modern.az

Azərbaycan müəllimlərinin qurultayı keçirilir

Azərbaycan müəllimlərinin qurultayı keçirilir

14 Dekabr 2013, 10:39


Modern.az
xəbər verir ki, bu gün Azərbaycan müəllimlərinin 14-cü qurultayı keçirilir. Tədbirdə təhsil naziri Mikayıl Cabbarovla yanaşı, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, TQDK sədri Məleykə Abbaszadə və millət vəkilləri də iştirak edir.

Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində aparılan islahatlardan danışıb.

“Bir gün təbii sərvətlər tükənəcək bilik isə həmişə öndə olacaq. Buna görə də təhsilin inkişafı sahəsində uğurlu islahatlara həmişə ehtiyac var"-deyə M.Cabbarov qeyd edib. Dövlət strategiyasında kadr hazırlığının gücləndirilməsi, müəllimin nüfuzunun artırılmasına ,müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinə xidmət etdiyini bildirən təhsil naziri məktəb dərsliklərinin  şagirdlərə real həyatda kömək etməyinin vacibliyini də vurğulayıb.

“ Kurikulum birinci siniflərə tərbiyəvi ünsürlər aşılamalıdır.  Məktəbdə şagird ancaq biliyə görə qiymətləndirilməlidir”.

Qurultay davam edir.

Namidə Bingöl

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı