İranın xarici işlər naziri Seyid Abbas Araqçı növbəti "3+3" görüşündə iştirak edəcək.
Modern.az-ın məlumatına görə, bu barədə “Sabah” qəzeti İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibollahzadəyə istinadən yazıb.
Görüş Türkiyədə keçiriləcək, ancaq tarix hələlik məlum deyil.
Ermənistan xarici işlər nazirlərinin “3+3” formatında keçiriləcək görüşündə iştirakla bağlı hələlik qərar verməyib.
Qeyd edək ki, görüş bundan əvvəl Tehranda keçirilib.