Modern.az

Qanunsuz ov edən əcnəbilər saxlanıldı

Qanunsuz ov edən əcnəbilər saxlanıldı

Aktual

9 Oktyabr 2024, 11:28

Biləsuvar rayonunun inzibati ərazisində ov qaydalarını pozan əcnəbi vətəndaşlar saxlanılıb.

Bu barədə Modern.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Zaeif Musabah Humood Alketbi, Khamis Saif Saeed Bin Humood, Jauaan Mubarak Fadel Almazrouei və Mohammed Abdulla Mohammed Almehrzi olduğu müəyyən edilib, onlardan 4 ədəd ov silahı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunmaüvafiq tədbir görülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi