Modern.az

Azərbaycanda 244 müəllim işdən imtina edib

Azərbaycanda 244 müəllim işdən imtina edib

14 Dekabr 2013, 11:01

Azərbaycan müəllimlərinin 14-cü qurultayında çıxış edən təhsil naziri Mikayıl Cabbarov dərs vəsaitlərinin hazırkı vəziyyətindən şikayətlənib. Modern.az-ın məlumatına görə  nazir bildirib ki, keyfiyyətli dərs vəsaitlərinə ehtiyac var.

“Dərslərin keyfiyyəti də dərs vəsaitlərindən asılıdır. Bu problemin həlli  isə dərsliklərin müəlliflərindədir. Son zamanlar məktəblərdə yeni, təcrübəsiz pedaqoji kadrlar saxta diplomla fəaliyyət göstərir. Müəllim ixtisasına bal yüksək olmalıdır”-deyə təhsil naziri M. Cabbarov qeyd edib.

Nazir deyib ki, Təhsil Nazirliyinin apardığı sorğuya əsasən, ucqar rayonlarda müəllim kadrların işləməkdən imtina etməsinin əsas səbəbi  iş yerlərinin uzaq olmasıdır.

“Müəllimləri həvəsləndirmək üçün verilən vəsait də azdır. 244 müəllim bunu əsas gətirərək işdən imtina edib.   Müəllim çatışmazlığı olan kəndlərdə müəllimlər üçün yaxşı şərait yaradılmalıdır”.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış məktubu da oxunub. Məktubda bildirilib ki, prezident təhsil strategiyasını yüksək qiymətləndirib. “İnanıram ki, Azərbaycan müəllimi gənc nəslin vətənpərvərliklə təcrübə olunmasına qadirdir”-deyə məktubda qeyd olunub.

 

Namidə Bingöl

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı