
“Ölkəmizdə təhsil və elmin vəhdətinin olması zəruridir. İllərdir akademiyada çalışırıq təhsillə elmin vəhdətini yaradaq. Elmin gənc kadrlarla inkişafına xidmət göstərməyə çalışırıq”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə müəllimlərin 14-cü qurultayında deyib. O bildirib ki, elmə gələn gənclərin savadı, intellekti bir qədər yüksək olmalıdır.
“Neft Akademiyasında buraxılış diplomlarının müdafiəsində oldum. Gördüm ki, diplom işlərinin çoxu bir-birini təkrarlayır. Belə fikrə gəldim ki, akademiyada, institutlarda tələbələri laboratoriyalara dəvət edib onları işlə təmin etməliyik. Məqsəd odur ki, püxtələşmiş alimin yanında tələbə çalışarkən 2 məsələ həll olunsun. Biri tələbə alimin yanında inkişaf etməlidir, bir də elmin ən qabaqcıl problemlərinin həllinə töhfə verməlidir. Bununla da tələbələrimiz intellekt baxımından inkişaf edər”, – deyə AMEA prezidenti qeyd edib.
Namidə Bingöl