Gürcüstanın sabiq prezident Mixeil Saakaşviliyə qarşı yeni ittiham irəli sürüb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.
Sakaşvili 2016-cı ildə öz partiyasından olan sabiq deputat Givi Tarqamadzeyə qarşı sui-qəsd tapşırığı verməkdə ittiham edilib.
Qeyd olunub ki, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları sentyabrın 19-da Givi Tarqamadzeyə və digər şəxslərə qarşı sui-qəsd təşkil etmək ittihamı ilə axtarışda olan Darço Xeçuaşvilini həbs ediblər. Məlumata görə, cinayət işi çərçivəsində saxlanılan şəxsin sorğu-sual edilməsi zamanı göstərişin sabiq Prezident Mixeil Saakaşvili tərəfindən verildiyi, sui-qəsdin planlaşdırılmasında sabiq daxili işlər naziri Giorgi Lordkipanidzenin də iştirak etdiyi məlum olub.