Modern.az

Tbilisidə Saakaşvilinin həbsi tələb edildi

Tbilisidə Saakaşvilinin həbsi tələb edildi

14 Dekabr 2013, 11:48


Gürcüstan parlamentinin Tbilisinin mərkəzindəki keçmiş binasının qarşısında eks-prezident Mixail Saakaşvilinin məhkəməyə verilməsi tələbi ilə aksiya keçirilib. Modern.az saytı gürcü KİV-lərinə istinadən bildirir ki, “Vətəndaş fəallığı” ictimai klubunun dəstəyi ilə gənclərin iştirak etdiyi aksiyada 100-ə yaxın iştirakçı olub. Onların əllərində  “Repressiya qurbanlarını unutmayın!”, “Biz 7 noyabrı xatırlayırıq!”, “Qırmızı terror!”, “26 may yadımızdadır!” yazılan plakatlar olub. Aksiya iştirakçıları Saakaşvilini və onun ətrafını gürcü xalqına qarşı cinayətlərdə də ittiham ediblər.

Xatırladaq ki, Saakaşvili oktyabrın 30-da Brüsselə səfəri zamanı həbs olunacağından çəkindiyini bildirib: “Gürcüstanın baş naziri dəfələrlə mənə qarşı məhkəmə araşdırılması aparacağı ilə hədələyib. O, hətta bəyan edib ki, mən həbsxanada oturmalıyam. Bu, həqiqətdir”. Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı