Modern.az

Bayden getmədi, mühüm görüş təxirə salındı

Bayden getmədi, mühüm görüş təxirə salındı

Dünya

9 Oktyabr 2024, 16:36

Ukraynanın müttəfiqlərinin Almaniyadakı Ramşteyn aviabazasında oktyabrın 12-də baş tutmalı olan görüş ləğv edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Almaniyanın “Spiegel” nəşri yazıb.

 

Bildirilir ki, ABŞ prezidenti Co Bayden görüşdə iştirak etmədiyi üçün belə bir qərar qəbul edilib.

 

Bayden ABŞ-ın Florida ştatının sahillərinə yaxınlaşan Milton qasırğası səbəbindən Almaniyaya səfərini təxirə salmaq məcburiyyətində qalıb. O, Almaniyaya səfəri zamanı Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Starmer və Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukraynaya dəstək məsələsini müzakirə etməyi planlaşdırırdı.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi