Modern.az

Məşhur uşaq bağçasını 2500 manatadək cərimə gözləyir

Məşhur uşaq bağçasını 2500 manatadək cərimə gözləyir

Ölkə

9 Oktyabr 2024, 16:40

Bakıda yerləşən "NeoKids" Körpələr Evi-Uşaq Bağçası cərimə edilə bilər.

 

Modern.az-ın məlumatına görə, məşhur uşaq bağçası barədə aidiyyəti qurum tərəfindən protokol tərtib edilib.

 

Bağça İnzibati Xətalar Məcəlləsinin 464-cü (Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə) maddəsini pozmaqda ittiham edilir.

 

İşə Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq. Protokol təsdiq edilərsə, uşaq bağçasını 2500 manatadək məbləğdə cərimə gözləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI